Dağlıq Qarabağda döyülən Ermənistan əsgəri xəstəxanalıq oldu

  • Dünya
  • 18 Sentyabr, 2018 [23:27]
Dağlıq Qarabağda döyülən Ermənistan əsgəri xəstəxanalıq oldu

Azərbaycanın işğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində daha bir insident qeydə alınıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 15-ci bölükdə kiçik komandir Tigran Avetisyan adlı hərbi qulluqçuya qeyri-qanuni əmr verib.

Amma T.Avetisyan əmri icra etməkdən boyun qaçırıb. Nəticədə gecə saatlarında hərbçilər onu vəhşicəsinə döyüb. T.Avetisyan ciddi xəsarət alıb və tibb məntəqəsinə yerləşdirilib.

Fakt ictimaiyyətdən gizlədilsə də, hadisə ilə bağlı hərbi polisdə cinayət işi başlanılıb və istintaq aparılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər