Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi yalanı ifşa olundu – Aşot haradadır, elit hərbi hissədə, yoxsa İcevanda öz kəndlərində? (Fotofakt)

Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi yalanı ifşa olundu – Aşot haradadır, elit hərbi hissədə, yoxsa İcevanda öz kəndlərində? (Fotofakt)

Ermənistan baş naziri Nikol Paşinyan oğlunun əsgər getməsindən şou düzəldib erməniləri aldadır.

Avropa.info xəbər verir ki, Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın Dağlıq Qarabağda “hərbi xidmət keçməsi” barədə maraqlı məlumatlar yayılıb. Belə ki, N.Paşinyan oğlunun Qarabağa könüllü olaraq hərbi xidmətə getməsindən şou yaradıb ölkənin bütün KİV-də reklam etməsinə baxmayaraq, həqiqətin əsil üzü ortaya çıxıb.

Erməni mətbuatının yazdığına görə , baş nazirin oğlu Aşot Paşinyan, heç də bəyan edildiyi kimi sadə ermənilərlə birlikdə döyüş postlarında xidmət etmir, əksinə hərbi xidmət şəraitinə görə ən elit hərbi hissə sayılan, heç bir döyüş postu olmayan, ümumqoşun ordusunun Xankəndi şəhərində dislokasiya olunmuş 8-ci mərkəzi müdafiə rayonunda (46492 h/h) xidmətini davam edir.

Həmçinin Nikol Paşinyanın oğlunun hərbi hissədən kənarda yaşaması üçün Xankəndində villa kirayə edilməsi barədə də məlumatlar yayılıb.

Erməni blogerlər isə Paşinyanın oğlunun işğalçı ordu sıralarında qeydiyyatdan keçməsinə baxmayaraq, əslində vaxtının çoxunu öz kəndlərində – Ermənistanda, İcevanda keçirir. Erməni blogerləri bu barədə aşağıdakıları yazırlar:

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər