“Ayağımıza sıxılan güllələrin sahiblərinə dönüb dəydiyini gördük” – Ərdoğan

“Ayağımıza sıxılan güllələrin sahiblərinə dönüb dəydiyini gördük” – Ərdoğan
“Ayağımıza sıxılan güllələrin necə sahiblərinə dönüb dəydiyini gördük. Bizə tələ quran cinayətkarların öz qazdıqları quyuya düşdüyünə şahidlik etdik.”
Avropa.info xəbər verir ki, bu sözləri  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazilər günü ilə bağlı təşkil olunan toplantıda deyib. Ərdoğan Türkiyənin 20 il əvvəlki Türkiyə olmadığını, ölkənin inkişaf etdiyini bildirib.
“Artıq bu günki Türkiyə dünənki Türkiyə deyil. Bu günki Türkiyə 20 il əvvəlki Türkiyədən daha zəngin, daha böyük təsirə malikdir. Sabahkı Türkiyə daha da güclü, daha da iddialı olacaq. İnanmaq qələbənin yarısı deməkdir. Biz ölkəmizin potensialını bilirik. Hədəflərimizə çatacağımıza əminik” – Ərdoğan belə deyib.   
Avropa.info    

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər