Azərbaycanın keçmiş ədliyyə naziri İlyas İsmayılovun oğlu iş adamı Etimad İsmayılov İstanbulda qətlə yetrildi – Foto

Azərbaycanın keçmiş ədliyyə naziri İlyas İsmayılovun oğlu iş adamı Etimad İsmayılov İstanbulda qətlə yetrildi – Foto

Azərbaycanlı iş adamı, siyasi analitik Etimad İsmayılov  İstanbulun Florya ərazisində ofisində silahlı hücuma məruz qalıb.

Avropa.info xəbər verir ki, başından 2, sinəsindən vurulan 1 güllə ilə yaralanan iş adamı aparıldığı xəstəxanada həyatını itirib.

Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan Gözəl Dəmirov adlı şübhəlinin yaxalanması üçün polis əməliyyatlara başlayıb.

Qeyd edək ki, Etimad İsmayılov Azərbaycanın keçmiş baş prokuroru və ədliyyə naziri vəzifələrində çalışmış İlyas İsmayılovun oğludur. Mərhum həmçinin, məşhur jurnalist Sevil Nuriyevanın da həyat yoldaşıdır. Onların bir övladı var.

Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir.

Onun da Türkiyədə iri biznesi var. Dəmirovun “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu iddia edilir.

“Haber Türk” Gözəl Dəmirovun hazırda hər yerdə axtarıldığını yazıb. Bildirilir ki, G.Dəmirov Azərbaycanda vaxtilə baş verən bir insidentdən dolayı Türkiyəyə qaçıbmış.

 

Nigar Ögeday adlı şəxsin şəkli.Image result for ilyas ismayılov etimad ismayılov

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər