Etimad İsmayılovu güllələyən Gözəl Dəmirov yaxalanıb

Etimad İsmayılovu güllələyən Gözəl Dəmirov yaxalanıb

İstanbulda Azərbaycanın keçmiş ədliyyə naziri və keçmiş Baş prokuroru İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllələyən Gözəl Dəmirov qətldən 3 saat sonra Beşiktaş meydanında piyada gedərkən saxlanılıb. Bu zaman dəmirovun sürücüsü də yanında olub.

Avropa.info  xəbər verir ki, Dəmirovla İsmayılov sonuncunun ofisində görüşüblər. Onlar çay süfrəsi arxasında hansısa borc məsələsini müzakirə edərkən mübahisə yaranıb və bu zaman keçmiş polis rəisi, istefada olan polkovnik Dəmirov silahını çəkərək İsmayılova 3 dəfə atəş açıb. Daha sonra o ofis işçilərini silahla hədələyərək qaçıb.

Yaxalanarkən Dəmirovun qətldə istifadə etdiyi tapança da üzərində olub. O və sürücüsü İstanbul Polis Mİdarəsində dindirilir.

 

 

virtualaz.org

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər