Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib

  • Dünya
  • 20 Sentyabr, 2018 [12:00]
Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib

Ermənistanda polis polkovniki Vram Bejanyan tabeliyindəki işçilərin pul mükafatını mənimsəyib.

“Sputnik-Armeniya”  xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.

Belə ki, “Polis günü” münasibəti ilə Polis qoşunu hissəsinin 7 əməkdaşının hər birinə 200 dollara yaxın mükafat təyin olunub. V.Bejanyan həmin pulları mənimsəyib. Polis əməkdaşlarına isə mükafatın düzgün hesablanmadığını bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq, səlahiyyət həddini aşma maddələri üzrə ittiham irəli sürülüb.

Artıq V.Bejanyanın cinayət işinin istintaqı tamamlanaraq Armavir Vilayət Məhkəməsinə göndərilib.

 

 

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər