Yaponiyanın onlayn rejimdə fəaliyyət göstərən “Tech Bureau Corp” birjasından bitkoin də daxil olmaqla müxtəlif kriptovalyutalar oğurlanıb.
Avropa.info report-a istinadən istinadən xəbər verir ki, oğurluğun dəyəri 6,7 mlrd. yapon yen (təxminən 60 mln. ABŞ dolları) təşkil edib.
Hadisə sentyabrın 14-də baş versə də, birja işçiləri bundan 4 gün sonra xəbər tutublar. 2 saat ərzində oğurlanmış kriptovalyutaların 40 mln. dollarlıq hissəsi müştərilərin birjada depozit kimi saxladığı vəsaitləri olub.