“Bu əxlaqsızlıqdır…” – Keçmiş silahdaşı Paşinyanı təhqir etdi

“Bu əxlaqsızlıqdır…” – Keçmiş silahdaşı Paşinyanı təhqir etdi

Konstitusiyaya düzəlişlər layihəsi təqdim edildikdən və parlamentin ləğv edilməsi üçün yeni mexanizmlər məlum olduqdan sonra “Çiçəklənən Ermənistan” Partiyası öz qərarını açıqlayacaq.

Avropa.info teleqraf.com-a istinadən xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat Naira Zöhrabyan deyib.

Hazırkı baş nazirin keçmiş müttəfiqi Qagik Çarukyanın rəhbərlik etdiyi partiyanın yetkilisi Baş nazir Nikol Paşinyanın başçılıq etdiyi hökumətin növbədənkənar seçkiləri tezləşdirmək üçün parlament və siyasi qüvvələrə təzyiq etdiyini bildirib:

“Növbədənkənar seçkilərin keçirilməsi, yaxud parlamentin ləğv edilməsi parlamentin qərarından asılıdır, kiminsə təzyiqlərindən yox. Heç kəs təzyiqlə nəyəsə nail ola bilməz. Lakin biz görürük ki, xalq vasitəsilə siyasi qüvvələri təhdid edirlər. Hər kəsin öz tərəfdarı var. Mən xalqla kimisə təhdid etməyi əxlaqsızlıq hesab edirəm”.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin tarixini qabağa çəkmək istəyir. Lakin hakim Respublika Partiyası və parlamentdə təmsil olunan digər siyasi qüvvələr baş nazirin bu tələbini rədd edirlər. Onlar bunun yalnız Konstitusiyaya dəyişikliklərdən sonra mümkün olduğunu bildirirlər.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər