“ABŞ-ın PYD və YPG terrorçularını dəstəklədiyinin şahidi oluruq, biz Rusiyanın…” – Ərdoğan “Kommersant”a yazdı

“ABŞ-ın PYD və YPG terrorçularını dəstəklədiyinin şahidi oluruq, biz Rusiyanın…” – Ərdoğan “Kommersant”a yazdı

“Soçidə Rusiya prezidenti Vladimir Putinlə Suriyada yeni humanitar böhranın baş verməməsi üçün vacib bir sazişin imzalanmasına nail olduq”.

Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kommersant” qəzetinə Suriyadaki vəziyyətlə bağlı xüsusi məqalə yazıb.

Həmin məqaləni təqdim edirik:

“Türkiyə Suriya böhranının ilk günündə qonşu ölkədə humanitar böhran dərinləşməməsi üçün bütün gücünü ortaya qoyub və dünyaya göstərib ki, münaqişə edən tərəflər arasında konstruktiv danışıqların aparılmasına böyük önəm verir. Rusiya Suriya prosesində ən başlıca ölkələrdən biridir ki, biz də həmin ölkə ilə birlikdə işləyirik.

Astana formatı çərçivəsində Rusiya və İranla birlikdə 8 ildən bəri uzanan Suriya böhranının tənzimlənməsi üçün zəmin yaradılıb. İndiki məqamda biz mövcud problemin həlli məqsədi ilə daha məsuliyyətli olmalıyıq. Mövcud problemin tənzimlənməsi istiqamətində xeyli işlər görmüşük. Aramızda fikir ayrılığının olmasına baxmayaraq, ortaq məxrəc tapmaq istiqamətində fəaliyyət göstəririk. Əminəm ki, bu əməkdaşlığımız gələcəkdə daha da aktiv şəkildə inkişaf edəcək.

Soçidə İdliblə bağlı danışıqlarımızda biz müxalifət və Əsəd rejiminin nəzarət etdiyi ərazilər arasında təhlükəsizlik bölgəsi yaratmaq barədə qərar qəbul etdik. Müxalifət qərarlaşdığı ərazilərdə fəaliyyətlərini davam etdirəcək. Biz radikal qruplaşmaların (bu, Rusiya ilə birgə müəyyən ediləcək), onlar bu əyalətdə fəaliyyət göstərməməsinə nail olmağa çalışacağıq.

Burada daha mühüm bir məsələ var və biz bunu ilk gündən deyirik. Bu da ondan ibarətdir ki, Türkiyə heç bir vəchlə öz sərhədlərində terrora imkan verməyəcək. Türkiyə bu mövqeyini qətiyyətli şəkildə əvvəllər Afrində, Cerablusda, Əl-Babda və İdlibdə dəfələrlə sübut edib. Türkiyənin bu mövqeyi hər zaman ön planda olub və necə ki, İŞİD-ə qarşı qətiyyətlə terrora mübarizə aparıb.

Artıq 40 ilə yaxındır terrorizmlə mübarizə aparan Türkiyə bundan sonra da terrorçu təşkilatlara qarşı hər hansı güzəştə getməyəcək və daha qətiyyətli formada öz mövqeyinə uyğun olaraq fəaliyyətini davam etdirəcək.

Bizim üçün ən mühüm mübarizələrdən biri də Türkiyənin təhlüksəizliyini birbaşa təhdid edən strukturlarla mübarizə aparmaqdır. Biz Suriya məsələsində maraqlı olan bütün tərəflərlə apardığımız danışıqlarda PYD və YPG nəzarətində ərazilərin terrorçulardan təmizlənməsini diqqətə çatdırımışıq və bundan sonra da çatdıracağıq.

Çox təəssüf ki, son zamanlarda ABŞ-ın PYD və YPG qüvvələrinin dəstəklədiyinin şahidi oluruq və bu dəstək davam etməkdədir. Bu cür addımlar isə bölgədə tarazlığa və xalqlar arasında sülhün yaranmasına ciddi zərbə vurur və bu hallara son qoyulmalıdır. Biz Rusiyanın PKK, PYD və YPG kimi terrorçu təşkilatlara qarşı mübarizədə dəstəyinə ümid edirik.

Hesab edirəm ki, qonşu ölkə olaraq bir-birimizin təhlükəsizliyinə təhdid yaradan məsələlərdə ortaq mövqe sərgiləməliyik.

İdlib problemində də Türkiyə ilk gündən mülki əhalinin təhlükəsizliyinin təmin olunması, sərhəddə gərginliyin qorunması və mötədil müxalifətin müdafiə olunmasıini ön plana çəkib. Mötədil müxalifətlə bağlı müxtəlif ölkələrin öz yanaşması ola bilər. Lakin biz hesab edirik ki, mötədil müxalifəti siyasi qərarların qəbul edilməsi prosesində saxlamaq lazımdır. Ona görə ki, bu, Cenevrə və Astana danışıqlarının normal fəaliyyhəti üçün zəruridir. Biz dəfələrlə bəyan etmişik ki, mötədil müxalifətin terrorçu təşkilat qismində tanınıb məhv edilməsi ilə bağlı istənilən cəhdə qarşı çıxmışıq. Çox təəssüflər olsun ki, Əsəd rejiminin Türkiyəyə qarşı əsassız şəkildə həyata keçirdiyi “qara piar” siyasəti nəticəsində Ankaranın Suriyada sülhün əldə olunmasındakı, milyonlarla qaçqının öz evinə dönməsindəki fəaliyyətinə kölgə salır. Guya biz heç nə etmirik kimi təqdim etməyə çalışır.

Biz isə öz növbəmizdə illərdir xalqına əzab verən rejimin barəmizdə böhtan xarakterli ittihamlara baxmayaraq, öz yolumuzla gedərək, Suriya xalqının sülhə və sabitliyə nail olmasını düzgün hesab edirik.

Mübaliğəsiz demək lazımdır ki, Suriya böhranı humanitar fəlakətin yaranmasına səbəb oldu və bunun acı nəticələri hələ uzun illər ərzində hiss olunacaq. Türkiyə isə bir qardaş olaraq vətənini tərk etmək məcburiyyətində qalan 3,5 milyondan artıq suriyalıya qapısını açdı. Biz canlarını qurtarıb qəddar Əsəd rejimindən qaçan qardaşlarımıza qarşı başqa cür yanaşa bilməzdik. Hamıya bəllidir ki, Türkiyə həmin qaçqınların həyata qalması üçün zəruri olan bütün xərcləri öz tək edib.

Bizim bütün çağırışlarımıza baxmayaraq, təəssüflər olsun ki, beynəlxalq aləm səsimizə səs verib heç nə etmədi. Bir daha xatırlatmaq istərdim ki, bu qanlı olayın bütövlükdə dünyanın deyil, təkcə Türkiyənin problemi hesab edilməsi düzgün deyil.

Yekun olaraq, xüsusilə onu demək istərdim ki, son zamanlarda Rusiya ilə münasibətlərimizin mehriban qonşuluq, ümumi maraqlar, qarşılıqlı hörmət əsasında inkişaf etməsindən şadam. Biz ilk növbədə ümumi enerji layihələrinin, qarşılıqlı sərmayə qoyuluşunun, o cümlədən, mədəni-humanitar sahədə əlaqələrin inkişaf etməsi üçün zəruri addımlar atırıq. Biz gələcəkdə də bu istiqamətdə addımlarımızı atacağıq. Hesab edirəm ki, yüz illərdir bir bölgədə yerləşən və eyni tarixi subyektə malik olan Türkiyə və Rusiya xalqları dərin, səmimi və yaxın münasibətlərə malik olmalıdır. Onu demək istərdim ki, biz hər zaman bu məqsədlərə nail olmaq üçün yürüdülən fəaliyyəti dəstəkləyəcəyik”.

Hazırladı Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər