Azərbaycanlı ailə Rusiyada dəhşətli qəzaya düşdü: ana və iki oğlu öldü – Video

Azərbaycanlı ailə Rusiyada dəhşətli qəzaya düşdü: ana və iki oğlu öldü – Video

Rusiyada baş verən ağır yol qəzasında azərbaycanlı ailənin bir neçə üzvü ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 19-da Samara-Ufa-Çelyabinsk magistral yolunda qeydə alınıb.

Qəzaya səbəb “Mercedes-Benz” minik avtomobili ilə “Hyundai” markalı yük furqonu və “İveco” yük maşınının toqquşması olub.

Nəticədə minik avtomobilində olan Nicat və Araz Quliyev Şamil oğulları, həmçinin anaları Quliyeva İradə İslam qızı ölüb. Qəzada azyaşlı və ailənin gəlini yaralı halda xəstəxanaya yerləşdirilib. Hazırda qadın komadadır.

Qeyd edək ki, ailə uzun müddətdir ki, Rusiyada yaşayır. Onlar Azərbaycana tətil üçün gəliblər və sentyabrın 15-i Masallının Türkoba kəndindən şəxsi avtomobilləri ilə Rusiyaya yola düşüblər.

Dünən isə ana və iki oğlu Masallıda dəfn olunub.

Rusiya mediası qəza yerindən çəkilən foto və video yayıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər