Çeçen döyüşçü irlandiyalı idmançını hədələdi – Video

  • Dünya
  • 25 Sentyabr, 2018 [15:00]
Çeçen döyüşçü irlandiyalı idmançını hədələdi – Video

MMA üzrə qarışıq stil üzrə çeçen döyüşçü Hüseyn Xaliyev irlandiyalı döyüşçü Konor Makqreqorun ünvanına təhdid dolu videomüraciətini yayıb.

Avropa.info xəbər verir ki, çeçen döyüşçü Xaliyev videomüraciətində Makqreqorla Amerikada mətbuat konfransında rusiyalı idmançı Həbib Nurməhəmmədovun ünvanına səsləndirdiyi ifadələrə görə cavab verməli olcağını qeyd edib.

“Konor, sən boşboğazlıq üzrə böyük ustasan. Mən buna mətbuat konfransına baxandan sonra əmin oldum. Bu boşboğazlıq irlandiya və Amerikada və digər bəzi yerlərdə keçərli ola bilər. Lakin məsələ Çeçenstan və Qafqaza gəldikdə isə əvvəlcədən nə danışıb, danışmayacağının barədə düşünməlisən. Sənin bu sözlərinə görə, ya qəfəsdə, yaxud da ondan kənarda cavab verməli olacaqsan”-Xaliyev bəyan edib.

Xaliyev əlavə edib ki, çeçenlər ailənin və yaxud digər şəxsin şərəfinə toxunmağı heç zaman bağışlamır: “Ona görə də sənə tövsiyəm bundan ibarətdir ki, nə qədər gec deyil, əməlindən peşman olduğunu bəyan edib, buna görə üzr istəməlisən. Çünki həyat Həbiblə döyüşlə bitmir. Əgər özünə böyük məcaralar axtarmaq istəmirsənsə, dilinə sahib ol və dediyin sözlərə fikir ver”.

Qeyd edək ki, sentyabrın 21-də UFC229 idman növü üzrə döyüşdən öncə mətbuat konfransı keçirilib. Mətbuat konfransında Makqreqor rəqibi Həbib Nurməhəmmədovun ünvanına təhqiredici ifadələr işlədib.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər