Tanınmış jurnalistə gömrükdə yeni vəzifə verildi

Tanınmış jurnalistə gömrükdə yeni vəzifə verildi

Tanınmış jurnalist, Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktoru Zeynab Kazımova Dövlət Gömrük Komitəsi (DGK) Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.

Bu barədə Avropa.info-ya Z.Kazımova özü məlumat verib.

Zeynab Kazımova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq jurnalistika ixtisasının bakalavr və magistr pillələrində təhsil alıb.

Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər üzrə dissertantura pilləsini başa vurub, “Qarabağ münaqişəsi Fransa mətbuatında” mövzusunda elmi iş yazıb.

1996-cı ildən jurnalistlik fəaliyyətinə başlayan Zeynab Kazımova həm radio və televiziyada, həm də müxtəlif qəzetlərdə müxbir kimi çalışıb. Zeynab Kazımova 2009-2010-cu illərdə Belçikanın Azad Brüssel Universitetinin Avropaşünaslıq İnstitutunda elmi işçi statusu alıb və həmin universitetdə “Ümumavropa təhlükəsizlyi və Cənubi Qafqazda münaqişələr” mövzusu üzrə araşdırma aparıb. 2008-ci ildə Azərbaycan Dillər Universitetində yeni yaradılan İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinə rəhbər təyin olunub.

O cümlədən ADU-nun rəsmi orqanı olan “Poliqlot” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2010-cu ildən isə şöbə daxilində yaradılan Protokol xidmətinə də rəhbərlik edib. 2010-cu ildə Azərbaycan Dillər Universiteti “İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində birinci yerə çıxaraq “İlin mətbuat xidməti” adını qazanıb.

2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib.

2014-2017-ci illərdə Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi işləytib. 2017-ci ildə Xalıça muzeyinin mətbuat katibi təyin edilib. Hazırda Xalça muzeyindəki fəaliyyətinə də davam edir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər