“Rusiya Helikopterləri” Azərbaycanda mərkəz açır

“Rusiya Helikopterləri” Azərbaycanda mərkəz açır

Bakıda keçirilən üçüncü ADEX-2018 Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən “Rusiya Helikopterləri” holdinqi Azərbaycan ərazisində Rusiya hərbi texnikası üçün servis mərkəzi yaratmaq təklifini verəcək.

Report xəbər verir ki, bu barədə holdinqin servis məsələləri üzrə baş direktor müavini İqor Çeçikov məlumat verib.

Onun sözlərinə görə, sərgi çərçivəsində ən yeni hərbi və mülki helikopter nümunələri təqdim edəcəklər:

“Biz həmçinin Azərbaycan ərazisində Rusiya istehsalı helikopterləri üçün servis mərkəzi yaratmaq məsələsini gündəmə gətirməyi düşünürük”.

Qeyd edək ki, “Rusiya Helikopterləri” holdinqi ADEX-2018 sərgisinə Mi-38 modellərinin nəqliyyat-sərnişin variantını, həmçinin “Ansata”, Mi-35M helikopterlərini təqdim edir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər