Norveçlilər İslamı seçir – Nufuzlu qəzet yazdı

Norveçlilər İslamı seçir – Nufuzlu qəzet yazdı

Son illərdə 3 mindən artıq norveçli İslamı qəbul edib.

Avropa.info xəbər verir ki, Norveçin çoxtirajlı “Verdens Gand” qəzeti 1990-ci illərdən etibarən İslamı seçən norveçlilərin sayı çox sürətlə yayıldığı barədə məqalə yazıb.

Oslo Universitetinin Din tarixi bölümünün araşdırmaçı alimi Karin Voq deyib ki, 1990-cı illərdə 500-dən artıq norveçli İslamı qəbul etsə də, bu proses son illərdə çox sürətlənib.

“Son bir neçə ildə üç mindən artıq norveçli İslamı qəbul edib”- araşdırmaçı alim bildirib.

Norveçlilərin İslamı seçməsinin səbəbini açıqlayan Voq deyib ki, qadınlar əsasən evlilik yolu ilə İslam seçirlər: “İndi isə insanlar artıq oxuyub, araşdıraraq, İslamı seçirlər”.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər