“Putinin səfəri ərəfəsində Ermənistanın təxribatı düşünlümüş addımdır” – Açıqlama

“Putinin səfəri ərəfəsində Ermənistanın təxribatı düşünlümüş addımdır” – Açıqlama

“Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərində hərbi aviasiyanın təlim uçuşlarını keçirməsi, bir başa rəsmi İrəvanın təxribatı və danışıqlardan yayınmaq cəhdidir”.

Avropa.info xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, ermənilərin keçirtdiyi təlimlər müharibə məsələsini gündəmə gətirir:

“Sentyabrın 28 kimi davam edəcək hərbi təlimlər qızışdırıcı və müharibəni gündəmə gətirir. Hesab edirəm ki, Azərbaycan ordusu işğal olunmuş ərazilərin səmasının işğalına imkan verməməli, yerüstü ərazilərimiz müvəqqəti işğal edilibsə də hava məkanını nəzarətdə saxlmalıyıq, işğalına imkan verməmliyik.

Müasir Havadan müdafiə silahlarımız imkan verir ki, işğal olunmuş ərazilərin hava məkanının ilhaqına yol verməyək. Ermənistanın bütün uçuşlarının qarşısını qətiyyətlə almalıyıq. Beynəlxalq qanunlarda Azərbaycana imkan verir ki, işğalçının bu kimi təxribatlarının qarşısını alsın.

Rusiya prezidentinin Azərbaycana gözlənilən səfəri ərəfəsində Ermənistanın təxribatı düşünlümüş addımdır.

Ermənistanın yeni hakimiyyətinin cəbhədə vəziyyəti gərginləşdirmək siyasəti, Paşinyanın uğursuz siyasətinin nəticəsidir”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər