MKİ planlarını açıqladı: Bu ölkələrdə kəşfiyyatçıların sayını artıracaq

  • Dünya
  • 25 Sentyabr, 2018 [16:26]
MKİ planlarını açıqladı: Bu ölkələrdə kəşfiyyatçıların sayını artıracaq

Mərkəzi Kəşfiyat İdarəsinin (MKİ) yeni şefi rəhbərlik etdiyi kəşfiyyat orqanın gələcək fəaliyyət planlarını açıqlayıb. MKİ direktoru Gina Haspel bildirib ki, xarici kəşfiyyat zamanı “mürəkkəb hesab edilən ölkələrdən” daha çox informasiya toplanmasına diqqət yetiriləcək.

Avropa.info xəbər verir ki, bunu MKİ şefi NBC News-ə açıqlamasında deyib.

MKİ şefi Rusiya, Çin, İran və Şimali Koreyanı mürəkkəb ölkələr sırasına daxil edib. O bildirib ki, MKİ bundan sonra xarici kəşfiyyat zamanı daha çox informasiya toplanmasına sərmayə qoyacaq.

Bununla belə G.Haspel etiraf edib ki, MKİ xarici ölkələrdə ABŞ kəşfiyyatçılarının sayını artıracaq və öz agentlərinin müxtəlif xarici dilləri öyrənməsinə diqqət yetirəcək.

Rusiya prezidenti Vladimir Putinin Donald Trampa hədiyyə etdiyi futbol topu haqqında da fikirlərini bölüşən Haspel ABŞ gizli kəşfiyyat qurumundakı həmkarlarının verilən hədiyyənin rentgen şəklini çıxaracaqlarına ümidvar olduğunu bildirib.

Ağ Evdən isə bildirilib ki, Trampa verilən digər hədiyyələr kimi, Putin iyulun 16-da verilən top da təhlükəsizlik məqsədi ilə yoxlanılıb.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər