Milli Məclisdə müəllimləri təbrik etdilər

Milli Məclisdə müəllimləri təbrik etdilər

Milli Məclisin plenar iclasında müəllimlərin peşə bayramı təbrik edilib.

Avropa.info xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin depyutatı Aydın Mirzəzadə bütün müəllimlərin peşə bayramını təbrik edib.

Deputat təhsil işçilərinə fəaliyyətlərində uğurlar arzu edib: “Azərbaycan cəmiyyəti öz müəllimləri, təhsili ilə fəxr edir. Azərbaycanda təhsilə göstərilən qayğı özünü göstərir. Ölkəmizdə son 15 ildə 3500 məktəb ya təmir edilib, ya da yenidən tikilib. Azərbaycanda orta məktəb, eləcə də universitet məzunlarının uğurları göz qarşındadır. Deputatlar arasında da müəllim fəaliyyəti ilə məşğul olanlar var. Onları da bu gün münasibətilə təbrik edirəm”.

Milli Məclisin spikeri Oqtay Əsədov da bu təbriklərə qoşulub və Azərbaycan müəllimlərini peşə bayramları münasibətilə təbrik edib.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər