Deputat bu sürücüləri işə cəlb edən özəl şirkətlərin cəzalandırılmasını təklif etdi

Deputat bu sürücüləri işə cəlb edən özəl şirkətlərin cəzalandırılmasını təklif etdi

“Bir neçə gün əvvəl Binə qəsəbəsində avtobus qəza törədərək, iki nəfərin həyatına son qoyub. Sürücünün öz cəzasını alacağına şübhə yoxdur”.

Avropa.infoxəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.

O, təəssüflə qeyd edib ki, belə sürücüləri işə qəbul edən və ictimai nəqliyyatı tənzimləyən özəl şirkətlərə cəza verilmir: “Onlar məsuliyyətə cəlb olunmur. Bəzi avtobuslarda gediş haqqı kartla olduğu halda, digərlərində bu tətbiq olunmur. Bu da ciddi problemdir. Mən, Əli Hüseynlidən xahiş edirəm ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən və onlar üzərində nəzarəti həyata keçirə bilməyən özəl şirkətlərin cəzalandırılması və məsiliyyətə cəlb olunması üçün İnzibati Xətalar və Cinayət Məcəlləsinə əlavələr edilməsini nəzərə alsın”.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər