Britaniya Nəqliyyat Polisi Avrotunnelin keçmiş rəhbəri 91 yaşlı ser Robert Malpasın metro relsləri üzərinə yıxılması videosunu yayıb.
Avropa.info axar.az-a istindən xəbər verir ki, görüntülərdə 46 yaşlı Pol Krosli adlı şəxsin Malpası platformalar üzərinə itələdiyi əks olunub. 91 yaşlı Malpası relslər üzərindən qatarın gəlməsinə bir dəqiqə qalmış Riyad əl-Hussani adlı şəxs xilas edib.
İnsident nəticəsində Malpasın çanaq sümüyü qırılıb. O həmçinin başından güclü yara alıb. Hadisəni törədən Pol Krosli isə həbs edilib.