10 ölkənin hüquqçuları Bakıda toplaşıb – Terrora qarşı beynəlxalq konfrans

10 ölkənin hüquqçuları Bakıda toplaşıb – Terrora qarşı beynəlxalq konfrans

Bu gün “Holiday İnn” otelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir.

Beynəlxalq konfransa Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanımış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna, Belarusdan nüfuzlu hüquqşünaslar qatılıb. Musavat.com xəbəri Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının Bakı ofisindən alıb. Yada salaq ki, quruma hüquq professoru İlham Rəhimov rəhbərlik edir.

Toplantıda çıxış edən AMEA-nın İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva bildirib ki, 20-21-ci əsrlərdə terrorizm çox ciddi savaşa çevrilib və onunla mübarizə aparmaq son dərəcə çətindir. Çünki terrorizm heç bir qayda tanımır. Bildirmək istəyirəm ki, artıq 30 ilə yaxındır Azərbaycan erməni terrorizmi ilə mübairzə aparmaq məcburiyyətindədir. Mən bu sözləri yalnız azərbaycanlı olaraq söyləmirəm. Dünya terrorunun bir qolu olan erməni terroru zaman-zaman Avropanın, ABŞ-ın, Rusiyanın təhlükəsizliyin üçün ciddi problemlər yaradıb və yaratmaqdadır. Mən erməni terrorizmin vüsət aldığı illərdə ictimai nəqliyyatda, xüsusən metrolarda baş verən terror aktlarını xüsusilə yada salaq istəyirəm. Erməni terrorçularının hazırladıqları təxribatlarda dünyanın müxtəlif ölkələrində yüzlərlə dinc insan terrorun qurbanı olub. Azərbaycanın üzləşdiyi erməni terroru isə artıq savaş formasına keçib, açıq terror xarakteri alıb. Son illərdə Azərbaycan qanunvericiliyi terrorizmlə mübarizəyə birbaşa və dolayısı ilə aid olan qanunvericilik aktları, hüquq normaları ilə təkmilləşib. Azərbaycanın Rabiyə və Yüksək Texnologiyalar Nazirliyində internet resurslarında beynəlxalq terrorizmlə, xüsusən hiberhücumlarla mübarizə agentliyi yaradılıb. Mən günümüzdə çox geniş şəbəkəyə çevrilən hiberhücumlar üzərində xüsusi dayanmaq istəyirəm. Beynəlxaq praktika da göstərir ki, bu beynəlxalq şəbəkə internet ünvanlar vasitəsilə insanları da prosesə cəlb edirlər. Vətəndaşlar aldıqları SMS-lər vasitəsilə bilməyərəkdən öz bank hesablarını, digər şəxsi bilgilərini terror şəbəkəsi üçün açırlar. Bu yollar hibergücumçuların əlində nəhəng kapital formalaşır və beynəlxalq bank sistemində həmin pulların hərəkətinə nəzarət faktiki mümkünsüz olur. Bu isə o deməkdir ki, dünyanın heç bir ölkəsi bu şəbəkənin hücumundan sığortalanmayıb. Düşünürəm ki, dünya hüquq elminin aparıcı mütəxəssisləri, eyni zamanda insan haqları üzrə ixtisaslaşmış alimlər ortaq müzakirələrlə terrorizm, xüsusən onun yeni formaları ilə mübarizənin yeni yollarını tapmalıdırlar”.

 Rusiya təmsilçisi professor Yuri Qolik çıxışında terrorizmin məqsədləri haqqında danışıb:”Əslində terrorizmin şifrəsi illər öncə çözülüb – terror qurumları əsasən dinc kütlələri hədəf seçərək hökumətləri özlərindən asılı vəziyyətə salmağa çalışırlar. İstənilən terrorçu terroru düşünülmüş, məqsədli şəkildə törədir. Terrorun bütün fəlsəfəsi də bundadır. Son illər avtomobillərin insan kütlələrinin üzərinə sürülməsi terrorçuların yeni metaodlarından sayıla bilər. Xüsusi qəddarlığı ilə seçilən bu cür aksiyalarda həlak olanların sayı ildən ilə artır. Bu cür insanlıqdan kənar hərəkəti törədənlər düşünür ki, onlarla insanı öldürəcəklər və dünya onlar haqqında danışacaq. Aydındır ki, terror təşkilatlarına qoşulanlar mənəvi keyfiyyətlərini tamamilə itiriblər. Psixoloqlar bu şəxləri insanlıq istisnası adlandırır. Onların sabah harada peyda olacağını müəyyən etmək çətindir və terrorla beynəlxalq mübarizə qurumları bu şəbəkəni ifşa etmək, onların əməllərinin qarşısını almaq üçün durmadan yeni metordlar tətbiq etməlidirlər. Çünki terror sürətlə yeni formalarda təzühür edir. Avropa Birtliyi dövlətlərindəki durumun analizi göstərir ki, ərəb dünyasındakı təlatümlərdən sonra bu Orta Doğudan olan köçkünlərin sürətlə Avropaya yerləşməsi ərəb terroru kimi təsbir edilən yeni tendensiyanı yaradıb. Daha çox qisasçılıq məqsədi daşıyan ərəb terrorunun qurbanları da durmandan artmaqdadır və Avropanın təhlükəsizliyi faktiki təhdid altındadır. Dünyada terrorla ən ciddi mübarizə aparan ölkələrdən biri Koreya Xalq Demokratik Respublikasıdır. KXDR iddia edir ki, ölkənin sərhədlərini pozanlar arasında cəsuslar çoxdur və məhkəmə qərarları ilə onlar ən ağır cəzaya – ölüm hökmünə məhkum edilir. Dünya mediasını izlədikdə görürük ki, dünyanın terrorsuz bir günü də yoxdur. Xüsusən Orta Doğunun dini ekstremizmlə yüklənən ölkələrində təriqətlərarası savaşda terror aktlarından geniş istifadə olunur. Durum onu da göstərir ki, savaş bölgələrində yaradılan və daha sonra ölkələrin sərhədlərini aşan bu terrorla mübarizə çətinləşir. Problem həm də ondadır ki, bir sıra terror qurumları dövlət səviyyəsində dəstəklənir və onlarla mübarizə faktiki mümkünsüz olub. Əlbəttə terror qurumları ilə dövlətlərdən biri mübarizə aparır, digəri ona geniş imkan yaradırsa, bu halda ortaya müsbət nəticələr çıxarmaq son dərəcə çətindir”.

Yunanıstan təmsilçisi İonis Raxiotisin çıxışında səsləndirdiyi “terrorin dəqiq tərifi müəyyən edilmədiyinə görə bir sıra beynəlxalq toplantılarda bu haqda danışmaq çətindir və bu, sonucda terrorizmlə mübarizəni çətindir” fikri toplantıda müzakirələrə səbəb olub.

İ.Raxiotis bildirib ki, terrorizmi müxtəlif cür yorumlamaq mümkündür: “Baxış bucağından asılı olaraq hətta ABŞ-ın İraqa hərbi müdaxiləsinə də qurbanlar dinc əhali olduğu üçün terror kimi baxmaq mümkündür. Terrorun dəqiq tərifi yoxdur. Biz qanunlar hazırlayırıq. Əgər bir hərəkətin konkret nə olduğu müəyyən edilməyibsə, onunla mübarizə də çox çətinləşir. Düşünürəm ki, biz terror aktını motiv kimi deyil, konkret hərəkət kimi təsbit etsək, hüququn onunla bağlı qərar verməsi daha asan olar. Bu səbəbdən beynəlxalq qanunuvericilik terror aktını konkret kriminal fakt kimi qəbul etməlidir. Təbii, biz indi burada bu qanunu yarada bilmərik, ancaq hansı yolla davam etməmizi müəyyən etmək üçün bu cür konfranslar son dərəcə ciddi önəm daşıyır”.

Konfransda çıxış edən Bolqarıstan təmsilçisi, Qara dəniz və Xəzər dənizi Regionu ölkələri Hüquqşunasları Assosiasiyasının vitse-prezidenti professor Zaxari Zaxariyev sözünə ABŞ administrasiyasının İraqa hərbi təcavüz məsələsinə baxışı ilə başlayıb: “Ağ Ev bu məsələnin beynəlxalq terror adlandırılmasına qəti etiraz edir. Bu məsələdə ABŞ-ı dəstəkləyən ölkələr də var. Bir məsələni də vurğulayım ki, terorurun siyasi, o sıradan ideya-siyasi rəngi olmur. Sağçıların, ya da solçuların hazırladığı terrorun yalnız bir adı var- terror. Biz dərk etməliyik ki, terror yalnız ayrı-ayrı şəxslərin, sosial qrupların deyil, bütövlükdə cəmiyyətin məhsuludur və siyasi kataklizmlər zamanı terror daha geniş yayılır, insanlar terroru öz mübarizə metodlarına çevirirlər”.

Toplantı Azərbaycanı təmsil edən professor Xanlar Ələkbərovun Zaxariyevə sual-replikası ilə davam edib:”Sülhə və təhlükəsizliyə qarşı cinayətlərlə bağlı xüsusi məcəllə olmadığı halda NATO-nun terrorizmlə hüquqi mübarizə haqqında danışması sırf hüquqi baxımdan nə qədər məntiqlidir? Hələ də beynəlxalq birliyin terrorizmlə mübarizəsinin hüquqi əsasları hazırlanmayıb. Bu halda hər hansı ölkənin digər suveren dövlətə qarşı hərəkətləri necə qiymətləndirilməlidir? Biz hamımız bu çağdaş hüquqi münasibətlərdə bu çatışmazlıqları görürük və hiss edirik. Bütün bunlar antihumanist addımlara yol açır. Biz bu prosesə vətəndaş cəmiyyətlərini, insan haqları uğrunda mübarizə qurumlarını də cəlb etməliyik. Düşünürəm ki, bu, dövlət terroru anlayışı haqqında ortaq fikrə gəlməkdən daha rahat olar. Bu yalnız beynəlxalq təhlükəsizlik sisteminin çöküşü deyil. Dünyada baş verən olaylar onu da göstərir ki, bir sıra hallarda terror hakimiyyətlərin ölkə daxilində öz rəqibləri ilə hesablaşmaları üçün vasitəyə çevrilir. Terror, ya da bəən ifadə edildiyi kimi, beynəlxalq terror faktiki olaraq totalitarizmin bərqərar olmasına xidmət edir”.

Müzakirələrin gedişində professor İlham Rəhimov terrorizmin çoxüzlü olduğunu vurğulayıb:”Terrorizmin saysız formaları var. Məsələn, bu gün ABŞ öz milli valyutası ilə beynəlxalq iqtisadi terrorla məşğuldur. Əfqanıstan isə dünyanın yarısından çoxunu narkotiklərlə təmin etməklə dövlət terroru həyata keçirir. Terrorizm o qədər geniş, o qədər çoxçaxəli anlayışdır ki, bu gün hətta BMT də ona tərif verə bilmir”.

Ukrayna təmsilçisi professor Yuri Valoşin öz çıxışında beynəlxalq terrorun konkret hüquqi sərhədləri volduğunu deyib. O, siyasətlə, vicdan azadlığı ilə, yeni zamanda dünya ictimaiyyətinin əsas fəaliyyət sahələri ilə birbaşa bağlıdır. Terrorizmin əsas məqsədi idarəetmənin, ictimai asayişin, zəiflədilməsi, xaos və qorxu mühiti yaradılması, beynəlxalq konfliktlərin qızışdırılması, milli zəmində müxtəlif qruplaşmalar arasında qarşıdurma yaradılmasıdır. Terrorçular adətən məqsədlərini gizlətmirlər. Təəssüf doğruran məqam odur ki, beynəlxalq səviyyədə terrorizmlə mübarizə məsələsi davamlı olaraq gündəmə gətirilsə də hər il qurbanların sayı daha da artır. Terrordan Afrika, Orta Doğu qədər sabitlikləri ilə seçilən Avropa Birliyi ölkələri, ABŞ da ziyan çəkir. bu mənada asanlıqla demək olar ki, terror sərhəd tanımır”.

Türkiyə təmsilçisi, general Əhməd Yavuz çıxışında problemə ölkəsi və yaxın coğrafiya kontekstində baxıb:”Məsələyə dövlətlər tərəfindən dəstəklənən geosiyasi cərəyanlar açısından baxmağı faydalı sayıram. Çünki Türkiyənin, eləcə də Azərbaycanın yaxın çevrəsində baş verən terror olaylarnın kökündə məhz bu faktorun dayandığına şübhə yoxdur. Bu gün dünya terrorun yeni bir cərəyanı – din zəmində terrorla üz-üzədir. Müxtəlif təriqətləri təmsil edən qruplar rəqibləri ilə terror dili ilə danışır və sivil toplumlar da bundan ciddi ziyan çəkir. Dövlətlərin təhlükəsizliyini təhdid edən bu problem hem bir halda bir ölkənin çərçivəsində qalmır, miqyasca genişlənir və regional təhlükə xarakteri alır. Bu səbəbdən hər hansı ölkənin daxilində baş verən terror yalnız bir ölkənin problemi sayıla bilməz. Problem, ən azı qısa zamanda regioanl xarakter alır. Daha bir məqama toxunmaq istəyirəm. Bu da terrorun kənardan dəstəklənməsidir. Dünya düzəni gözlərimiz önündə yenidən şəkillənir. Bir zamanlar SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsini ABŞ dövlət terroru adlandırmış və ona qarşı mübarizəyə başlamışdı. Əl-Qaidə terror qruplaşması məhz əmin illərdə yaranmış və ABŞ ona dəstək vermişdi. Sonradan ABŞ əl-Qaidənin hədəflərindən birinə çevrildi. Mənim ölkəm də terrorla üz-üzədir. Biz erməni terroru ilə illərlə mübarizə aparmışıq, indi isə PKK terroru ölkəmizin sabitliyini pozmağa cəhd edir. ABŞ beynəlxalq terrorizmlə mübarizə apardığını bəyan etsə də əslində PKK-nı dəstəkləyir və müstəqil dövlətlərini yaratmaq istəyən kürdlərə ciddi yardım göstərir. Türkiyə Suriya ilə sərhəd bölgələrdə DAEŞ-ə qarşı terror əməliyyatlarına qoşulmaq məcburiyyətindədir. Məhz terror qruplaşmalarının fəaliyyəti nəticəsində bu gün İraq 3 yerə bölünüb və Türkiyənin yaxın coğrafiyasında baş verənlər ölkəmiz üçün problemlər yaradır. Bu səbəbdən Türkiyə türrorizmlə mübarizə ilə bağlı bütün təşəbbüslərə açıqdır. Türkiyənin bütün müstəvilərdə dəstək verdiyi Azərbaycan isə erməni terrorundan 30 ilə yazındır əziyyət çəkirş. Bu, Azərbaycanın problemi olduğu kimi, Türkiyənin də problemidir. Problemin dərindən analizi göstərir ki, Rusiya bu məsələ ilə bağlı böyük məsuliyyət daşıyır. Beynəlxalq terrorizmlə mübarizəyə gəlincə, BMT-nin fəaliyyəti bu məsələdə qətiyyən effektiv sayıla bilməz. BMT Təhkükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi də qurumun effektivliyi üzərinə ciddi kölgə salır. Odur ki, yeni, daha effektiv mübarizə metodları düşünülməlidir”.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər