Türkiyədə 386 minlik dələduzluq – Dəstə üzvləri arasında azərbaycanlı da var

Türkiyədə 386 minlik dələduzluq – Dəstə üzvləri arasında azərbaycanlı da var

Türkiyənin Bursa şəhərində özlərini hakim və polis kimi təqdim edərək dələduzluq edən 5 nəfərdən ibarət dəstə saxlanılıb. Onlar Türkiyə vətəndaşları – 74 yaşlı V.B və 64 yaşlı F.H.-nı aldadaraq 368 min lirə pulun arxasına keçiblər. Tutulan dəstə üzvlərindən biri – S.Z. adlı şəxs azərbaycanlıdır.

Avropa.info virtualaz.org-a istinadən xəbər verir ki, şübhəlilərdən biri özünü vəkil kimi təqdim edərək V.B.-yə zəng edib və bankdakı pulunun FETÖ terror təşkilatı tərəfindən istifadə olunduğunu deyib. Bildirib ki, pulu bankdan çəkərək onlara verməlidir. Sonra dəstə üzvləri həmin şəxsin bankdan çıxardığı 24 min 75 türk lirəsi məbləğində pulu alaraq aradan çıxıblar. Aldadıldğını başa düşən V. B. isə polisə müraciət edib.

Polis cinayətkar dəstə ilə bağlı araşdırmaya başladığı müddətdə şübhəlilər bu dəfə təqaüddə olan dövlət məmuru F.H.-ya zəng edərək aldadıblar. Bu dəfə özünü polis kimi təqdim edən dəstə üzvü eyni üsulla pulu sahibinin əlindən alıb. F.H. bankdan çıxardığı 310 min 510 TL, 2 min 287 dollar və 2 min 750 avto pulu şübhəlilərdən birinə təqdim edib. Onlar iki avtomobillə gəldikləri yerdən uzaqlaşıblar.

Polislərin təqib etdikləri şübhəlilər 34 yaşlı İ.Ç, 21 yaşlı H.Ç, 20 yaşlı R.D və 26 yaşlı Azərbaycan vətəndaşı S.Z avtomobildə saxlanılıb. Polisləri görərkən qaçan 41 yaşlı özbək qadın isə avtobus terminalında üzərindəki pul ilə bir yerdə saxlanılıb. Polisdəki ifadələrindən sonra məhkəməyə təslim edilən şəxslər həbs olunublar.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər