Arda Turandan daha bir rəzalət: Restoranda müğənni Berkayın arvadına sataşdı, müğənninin burnunu qırdı, sonra da tapanca götürüb…

Arda Turandan daha bir rəzalət: Restoranda müğənni Berkayın arvadına sataşdı, müğənninin burnunu qırdı, sonra da tapanca götürüb…

Türkiyənin “Başakşəhər” futbol klubunun oyunçusu Arda Turanın dünən gecə müğənni Berkayla bir məkanda dalaşdığı və dava zamanı Berkayın burnunun qırıldığı bildirilir. 

Avropa.info xəbər verir ki, mübahisənin səbəbi hələ bəlli deyil.

Türkiyə mətbuatının yazdığına görə, mübahisə zamanı dava böyüyüb və tərəflər bir-birinə hücum edib. Arda Turan Berkayın burnunu sındırıb. Bu hadisədən sonra Berkay və xanımı xəstəxanaya yollanıb.

Müğənni Berkayın həyat yoldaşı Özləm Ada Şahin Türkiyə mətbuatına açıqlamasında Arda Turanın ona sataşdığını deyib.

“Arda bir anda qoluma toxundu qulağıma əyilərək və “evli olmasaydım səni qaçırmazdım. Çox gözəl qızsan” dedi. Mən də “nə danışırsan, özünə gəl” dedim. Berkay bunu gördü və eşitdi. Sonra Ardanın qulağına əyilib “həyat yoldaşımı göndərirəm, indi səninlə kişi kimi danışacağıq” dedi. O anda mənə döndü və “səni evə göndərərəm”  – dedi. Bunu deyib başını çevirirdi ki, Arda Berkaya yumruq atdı. Bu bir anda oldu. Berkay ona toxunmadı, onu vurmadı. Sadəcə, sakit bir şəkildə “yoldaşımı evə göndərim danışaq” dedi. Bundan sonra da Arda ona yumruq atdı.

Davanın ardından Ardanın silahla Berkayın aparıldığı xəstəxanaya getdiyi və müğənniyə “mən sənin həyat yoldaşın olduğunu bilmirdim. Öldür məni, çox peşmanam. Üzr istəyirəm” dediyi bildirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər