Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandıracaq

  • İdman
  • 10 Oktyabr, 2018 [18:00]
Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandıracaq

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda mətbuat üçün açıq məşqi olacaq.

Avropa.info xəbər verir ki, oktyabrın 12-də, saat 17:00-da, Bayıl Arenada başlayacaq məşqdən əvvəl – saat 16:30-da baş məşqçi Rəşad Sadıqov və futbolçular jurnalistlərin suallarını cavablandıracaq.

Azərbaycan millisi Norveçə oktyabrın 13-də yola düşəcək.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər