Bir ticarət mərkəzində 21 milyonluq alış-veriş, 42 milyonluq təyyarə və… – Cahangir Hacıyevin arvadı məhkəmə qarşısında (Fotolar)

Bir ticarət mərkəzində 21 milyonluq alış-veriş, 42 milyonluq təyyarə və… – Cahangir Hacıyevin arvadı məhkəmə qarşısında  (Fotolar)

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevi indi də İngiltərə məhkəməsi mühakimə edir. Həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva İngiltərə hökumətinin korrupsiya qarşı mübarizənin yeni mexanizmi üzrə məhkəmə qarşısına çıxarılacaq.

Hazırda İngiltərə məhkəməsi Zamirə Hacıyevanın Londonun ticarət mərkəzlərində xərclədiyi milyonlarla dolların mənbəyini araşdırmaqla məşğuldur.

Avropa.info “Röyters”ə istinadən xəbər verir ki, Zamirə Hacıyeva Londonun “Harrods” ticarət mərkəzində 16 milyon funt sterlinq (yəni 21 milyon ABŞ) dollar xərcləyib.

“Röyters”in yazdığına görə, ötən həftə London məhkəməsi Zamirə Hacıyevanın Britaniya hökumətinin ondan 22 milyon funt sterlinq dəyərində olan iki obyektini almaq cəhdi ilə bağlı etdiyi apelyasiya şikayətini rədd edib.

2013-cü ildə Zamirə Hacıyeva 10 milyon funt-sterlinq dəyərində Mill Ridə qolf klubu satın alıb.

Məhkəmninin bu şikayəti rədd etməsinə səbəb isə həmin obyektlərin müəmmalı sərvət əsasında (Unexplained Wealth Order) əldə edilməsi əsas gətirilib. Britaniya hökumətinin korrupsiyaya qarşı mübarizə yeni mexanizminə əsasən, araşdırılır ki, Zamirə və Cahangir Hacıyevalar belə danışmaz əmlakları əldə etməyi özlərinə necə rəva görə biliblər?


Zamirə Hacıyevanın Londondakı mülkü

Ona görə də Böyük Britaniyanın Ali Məhkəməsi Hacıyevlərdən bu mülkləri əldə etmələrinin maliyyə mənbəyini göstərmələrini tələb edir. Əks təqdirdə, onlar bu mülkləri itirmək riski ilə üz-üzə qalacaqlar.

Zamirə Hacıyeva şüşəsi 2,5 min dollar dəyərində olan şərabdan hər gün içirdi.

BBC isə  Zamirə Hacıyevanın Londonda böyük həcmdə pul xərcləməsindən yazıb. Mətbu orqanın yazdığına görə, Zamira Hacıyeva təkcə bir gündə qiymətli zinət əşyalarına, parfüm və “Boucheron” saatına 150 min funt sterlin xərclədiyib. Növbəti gündə isə təkcə bir şəraba 1800 funt sterlinq xərcləyib. Növbəti günlərin birində isə Z. Hacıyeva Cartierdə qiymətli zinət əşyalarına 100 min funt sterlinq xərcləyib.

“The Sun” qəzeti Zamirə Hacıyevanın gündəlik xərclərinin bir qismini açıqlayıb.

BBC yazır ki, Hacıyevlər ailəsi eyni zamanda dəyəri 42 milyon dollar olan “Gulfstream G550” şəxsi təyyarəyə də sahibdirlər.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər