Rusiya Avropa Şurasından çıxmağa hazırlaşır

Rusiya Avropa Şurasından çıxmağa hazırlaşır

Rusiyanın Avropa Şurasının üzvü kimi qalmasına artıq elə bir lüzum qalmayıb.

Avropa.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin sədri Leonid Slutskiy deyib.

Onun sözlərinə görə, AŞPA Rusiyanı bu qurumda üzvlüyünü dondurmaqla bağlı müzakirələr başlamazdan öncə ölkəsi bu qurumda fəaliyyətini dondurmaq istəyir: “Artıq Avropa Şurası böhran içindədir və ona görə də bu təşkilatıda üzv kimi qalmağımızın heç bir mənası yoxdur”.

Qeyd edək ki, Avropa Şurasının baş katibi Turborn Yaqland Rusiya 2019-cu ilin iyun ayınadək üzvlük haqqını ödəməzsə, qurumun üzvlüyündən xaric ediləcək.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər