Rusiyalı casusun nənənəsin müəmmalı taleyi: Putinin nəvəsini təltif etdiyini dedi, 3 gündən sonra yoxa çıxdı – Foto

Rusiyalı casusun nənənəsin müəmmalı taleyi: Putinin nəvəsini təltif etdiyini dedi, 3 gündən sonra yoxa çıxdı – Foto

Rusiyalı casus Aleksandr Mişkinin nənəsi nəvəsinin həqiqi adı ortaya çıxdıqdan üç gün sonra yoxa çıxıb.

Avropa.info xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

90-da yuxarı yaşı olan Nina Mişkina qürurla nəvəsinin şəkillərini tanışlarına göstərirmiş. Bu fotolarda nəvəsi Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülərkən Putinin əlini sıxması əks olunub.

Mişkinin böyüdüyü uzaq Loyqe kəndinin sakinləri deyiblər ki, ali təhsilli həkim olan nənə jurnalistlərə nəvəsinin adı tezliklə məşhurlaşacağını dedikdən üç gün sonra yoxa çıxıb.

“The Telegraph” qəzeti keçmiş qonşularının Mişkinin yüksək mükafatla təltif olunduğunu təsdiq etdiklərini yazıb.

“Mən onun atasını xatırlayıram. Bir yerdə şahmat oynamışıq”, Loyqe kəndinin keçmiş sakini Aleksandr Kalaşnikov belə deyib. O eşitdiyini bildirib ki, Mişkin Rusiya Qəhrəmanıdır.

Loyqe kəndində böyüyən Yevgeni Serqeyeviç deyib ki, Mişkin 3-4 il bundan əvvəl bu adı alıb: “Bu barədə Mişkinlə bu gün də əlaqələri olan bir tanış həmkəndlimdən eşitmişəm”.

Nəşr qeyd edir ki, Mişkin kənddə orta məktəbə gedib. Sonra Sankt-Peterburda Rusiya donanması üçün həkim hazırlayan Hərbi-Tibb Akademiyasına daxil olub.

“Mişkin sualtı və hipobarik tibb ixtisası alıb, 2003, yaxud 2004-cü ildə hərbi həkim kimi ali təhsilini başa vurub, baş leytenant rütbəsi alıb. 2006-cı ildə Murmanskda Hərbi Dəniz Donanmasının xüsusi təyinatlı dəstəsində xidmət edib. Ehtimal edilir ki, bu zamanlarda Rusiyanın Baş Kəşfiyyat İdarəsi onu işə götürüb. 2010-cu ilə Mişkin Moskvaya köçür və “Petrov” adlı qondarma adını alır”, “The Telegraph” yazır.

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər