Rusiya prezidenti Həbibi təbrik etdi

  • Dünya
  • 11 Oktyabr, 2018 [15:57]
Rusiya prezidenti Həbibi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovu Konor Makqreqor üzərində qələbəsi münasibəti ilə təbrik edib. Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovu Ulyanovskda qəbul edərək, onu irlandiyalı imdnaçı Konoq Makqreqor üzərindəki qələbəsi münasibəti ilə təbrik edib.

Avropa.info xəbər verir ki. Nurməhəmmədovu yaxından izlədiyni və onun üçün çox narahatlıq keçirdiyini qeyd edən Putin, idmanı bir dostluq aksiyası olduğundan, belə oyunlarda rəqibləri ilə nəzakətli, insanlarla xoş münasibətlərdə olmağı tövsiyə edib.

Ölkə olaraq bir böyük ailə olduqlarını və nə olursa-olsun, ifratlardan çəkinməyin vacibliyini qeyd edən Putin bildirib ki, əgər kənardan bir müdaxilə gələrsə, o zaman hamı buna qarşı çıxar: “Amma işin bu həddə gəlməməsi ən yaxşısıdır”.

Nurməhəmmədov isə deyib ki, ləyaqətlə döyüşüb qalib gəlib: “Mən ölkəmə və ailəmə qarşı hörmtəsizlik edən Konor Makqreqordan fərqli olaraq, çox yaxşı davranış nümayiş etdirdim. Ancaq buna baxmayaraq, indi hamı qələbni bir kənara qoyub, mənim rinqdən hoppanmağımı danışır. Lakin mən bir şərəfli davranış nümayiş etdirdim. Mən bunu istəməzdim”

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər