Avtomobil verilən dini icmaların siyahısı açıqlandı – Foto

Avtomobil verilən dini icmaların siyahısı açıqlandı – Foto

“Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir. Bunu bilmək üçün ölkə Prezidentinin bu barədə sərəncamına baxmaq kifayətdir. Həmin sərəncamda göstərilir ki, Azərbaycanda dini icmaların maddi-texniki təhcizatının yaxşılaşdırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fonduna 400 min manat ayrılsın”.

Bunu Modern.az-a açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib.

Mehman İsmayılov bildirib ki, dini icmalar hüquqi şəxslərdir və hər bir icma ən azı 50 nəfəri özündə birləşdirir.

“Dini icmalar fəaliyyət göstərdikləri məscidlərə himayədarlıq edir, onlarla bağlı məsələləri tənzimləyirlər. Məscidlərə yüzlərlə, bəzən minlərlə insan gəlir. Dini icmalar ayin və mərasimlərin təşkili, ibadət evinin fəaliyyətinin tənzimlənməsi, maarifçilik işinin aparılması və digər məsələlərlə məşğul olur. Bunlar isə heç də kiçik məsələlər deyil. Söhbət insanların, ümumilikdə cəmiyyətimizin dini, mənəvi tələbatının ödənilməsindən gedir. Dini icmalar, demək olar ki, ianələr hesabına maliyyələşir. Məscidlərə isə böyük məbləğdə ianələr verilmir. Bu baxımdan dini icmaların böyük əksəriyyətinin maddi-texniki təhcizatı yaxşı səviyyədə deyil. Dövlət başçısı bu reallıqları nəzərə alaraq belə sərəncam imzalayıb”.

M.İsmayılov deyib ki, o ki, qaldı avtomobillərin hansı icmalara verilməsinə, bu, Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra baş tutub.


“Onu da deyim ki, dini icmalara avtomobillərin verilməsində bir neçə amil nəzərə alınıb. Məsələn, hər bir bölgədən daha çox ehtiyaclı olan, həmçinin aktivliyi ilə seçilən dini icmalar əsas götürülüb. İlkin mərhələdə 14 avtomobil verilmiş dini icmaların siyahısına baxmaq bu reallığı görmək üçün kifayətdir. Onu da qeyd edim ki, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub”.

Hal-hazırda avtomobillər verilən 14 dini icmanın siyahısı:

Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə Xanım Ziyaratgahı” məscidi dini icması  

 

 

Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması  

 

Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması  

 

Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icması  

 

Tərtər rayonu “Cümə” məscidi dini icması

 

 
Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması

 

 

 
Şuşa şəhəri “Gövgər Ağa Cümə” məscidi  

 

Biləsuvar şəhəri “Cümə” məscidi dini icması  

 

Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması

 

 
Şəki şəhəri “Ömər Əfəndi” məscidi dini icması

 

 
Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icması

 

 

 

Sabirabad şəhəri “Heydər” məscidi dini icması  

 

Gədəbəy şəhəri “Cümə” məscidi dini icması  

 

Qazax şəhəri “Cümə” məscidi dini icması

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər