Tərtərdə məcburi köçkünün minaya düşməsinin təfərrüatı məlum olub – Video

Tərtərdə məcburi köçkünün minaya düşməsinin təfərrüatı məlum olub – Video
Azad Həsənovun minaya düşməsinin təfərrüatı məlum olub.
Avropa.info xəbər verir ki, bu barədə “Report”a rayonun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib.
İ.Qasımov bildirib ki, hadisə bu gün səhər saatlarında qoşunların təmas xəttində  baş verib.
İcra nümayəndəsi əlavə edib ki, A.Həsənov piyada əleyhinə minaya düşüb: “Kəlbəcər rayonundan olan məcburi köçkün, 1996-cı il təvəllüdlü Azad Həsənov ərazidə mal-qara otararkən hava dumanlı olduğundan təmas xəttində minalanmış əraziyə girib. Hadisədən sonra özünü itirməyən Azad telefonla qardaşına və dostlarına zəng edərək minaya düşdüyün bildirib”.
Yaralı ilk olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın həkim-travmatoloqu Hafiz Əliyev bildirib ki, A.Həsənov cərrahiyyə əməliyyatı olunub və  onun bir ayağı amputasiya edilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, yaralının vəziyyəti ağırdır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər