Güney Azərbaycanda məşhur cizgi filmi türkcə dublyaj olundu – Video

Güney Azərbaycanda məşhur cizgi filmi türkcə dublyaj olundu – Video

Güney Azərbaycanda daha bir məşhur  cizgi filmi türk dilinə dublyaj edilib.

Avropa.info xəbər verir ki, Amerikanın “Walt Disney” şirkətinin istehsalı olan “Balaca rəis” filmi “Bilim səsi” və “Asalayv” qrupları tərəfindən dublyaj edilib.

Film heç bir dövlət dəstəyi olmadan azərbaycanlı sənətkarların təşəbbüsü və səyi nəticəsində türk dilinə dublyaj edilib.

Bundan əvvəl Güney Azərbaycanda “Heyvanlar şəhəri” (“Zootopia”) və “Oynatmalı nağıl” animasiyaları türk dilinə dublyaj edilib.

Çizgi filmlərinin türk dilində yayılması azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Türkcə filmlərə sosial tələb olduğu üçün, son illərdə Güney Azərbaycanda türk dilində hazırlanan tamaşa və filmlərin sayı artıb. Bütün bunlar dövlət dəstəyi olmadan və yalnız mədəni fəalların maliyyə dəstəyi hesabına həyata keçirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər