Çin klubu Kərim Benzema üçün 50 milyon avro təklif edib

  • İdman
  • 13 Oktyabr, 2018 [22:52]
Çin klubu Kərim Benzema üçün 50 milyon avro təklif edib

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema karyerasını Çin çempionatında davam etdirə bilər.

Adı açıqlanmayan klub 30 yaşlı hücumçu üçün 50 milyon avro ödəməyə hazırdır. Madrid təmsilçisinin də fransalı forvardı satmaqda maraqlı olduğu bildirilir.

Benzema isə gələcək karyerasını Avropa klublarından birində davam etdirmək niyyətindədir.

Qeyd edək ki, Benzema 2009-cu ilin iyununda 35 milyon avroya Fransanın “Lion” klubundan “Real Madrid”ə transfer olunub.

 

 

 

 

report

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər