Azərbaycan məmuru 150 min dollarlıq maşında + mühafizə dəstəsi və siciliyalı maneraları (Video)

Azərbaycan məmuru 150 min dollarlıq maşında + mühafizə dəstəsi və siciliyalı maneraları (Video)

Maliyyə Bazarlarına Nəzarət Palatanın başçısı Rüfət Aslanlının göy idman “Porsche”sində idarənin həyətinə necə girdiyini əks etdirən video görüntülər Virtualaz.org-un redaksiyasına daxil olub.

Əhəmiyyətli olsa da, çox da böyük olmayan, xüsusən də aparıcı dövlət qurumu hesab olunmayan idarənin rəhbəri öz davranışında oliqarxlara və ya mafiozlara məxsus sərbəstliklərə yol verirdi.

 

Videodan görünür ki, Rüfət Aslanlı öz 10 SN 003 nömrəli göy idman “Porsche”sində idarənin həyətinə necə girir. Avtomobilin dəyəri 150 min dollara yaxındır. Özü də bu vaxt onu, xüsusi əhəmiyyətli adam kimi, hökumət nömrəli “Range Rover” müşayiət edir. Rüfət Aslanlı öz “sportkar”ından çıxır və dərhal polis ona, sanki generalı qarşılayırmış kimi, hərbi salam verir.

Müşayiət maşınından bir nəfər düşür, Rüfət Aslanlıdan “sportkar”ın açarını götürür və bundan sonra məmur binaya daxil olur. Müşahidə kamerasının kadrları Siciliya mafiyasının bossları haqda hansısa hollivud blokbasterinin süjetini xatırladır. Ancaq söhbət nə mafiya başçısından və ya narkobarondan, nə nazirdən, baş nazirdən, nə də oliqarxlardan gedir. 

“Sportkar”lar, müşayiət maşınları, şəxsi gerb və öz adına şərab… Həqiqətən də, burada ölkənin maliyyə problemlərinə vaxtı hardan tapasan, bir halda ki, öz maliyyənlə hər şey qaydasındadır?

Xatırlatmağa dəyər ki, Azərbaycan Prezidenti İlham Əliyev məmurları və onların qohumlarını dəfələrlə təvazökarlığa və xalqa xidmətə çağırıb…

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər