ABŞ Bransona qarşılıq olaraq Hakan Atillanı Türkiyəyə verir – Sensasion açıqlama

ABŞ Bransona qarşılıq olaraq Hakan Atillanı Türkiyəyə verir – Sensasion açıqlama

Türkiyənin “Halkbank” bankının hazırda ABŞ-da həbsdə olan direktor müavini Hakan Atilla ölkəsinə təhvil verilə bilər. 

Avropa.info xəbər verir ki, bu iddianı türkiyəli yazar  Özay Şəndir qələmə aldığı “ABŞ-Türkiyə münasibətlərinin gələcəyi” başlıqlı yazısında irəli sürüb.

Yazarın ABŞ-dakı mənbələrə əsasən irəli sürdüyü iddiada rəsmi Vaşinqtonun Türkiyənin daxili və ədliyyə nazirlərinə qarşı sanksiyanı qaldıracağı bildirilir.

“Vaşinqton daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiyanı dərhal qaldıracaq. Türkiyədən idxal edilən dəmir-metal məhsullarına qoyulan əlavə vergi azaldılacaq, ya da ləğv olunacaq. Ağ Ev kulislərində danışılanlara görə, Hakan Atilla Türkiyəyə təhvil verilə bilər. ABŞ  prezidenti  Tramp ilə Türkiyə prezidenti Ərdoğan bu həftə telefonda danışıblar.

Əlbəttə, Rusiyadan alınacaq S-400 raket sistemi və F-35 təyyarələrinin təslimi məsələsi keşiş Branson məsələsindən ayrı mövzudur və bu mövzudakı çətinliklərin dərhal aradan qaldırılacağını düşünmək xəyalpərəstlik olar.

Suriyada, ABŞ ilə Türkiyə arasında bir mənafe toqquşması var. ABŞ PKK-nın Suriya qolu YPG-yə yardımdan imtina etməz, çünki fərqli bir planları var.

Türkiyənin isə həm FETÖ, həm də PKK/YPG məsələsində Vaşinqtondan gözləntiləri var. Artıq ABŞ-Türkiyə münasibətlərində konkret bir irəliləyişin təmin olunması Vaşinqtonun atacağı addımlara bağlıdır” – Özay Şəndir belə yazıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər