Sərhəd pozucusu 10 kq-dan artıq narkotik vasitəni atıb İran tərəfə qaçdı – Foto

Sərhəd pozucusu 10 kq-dan artıq narkotik vasitəni atıb İran tərəfə qaçdı – Foto

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən et­barlı sərhəd mühafizəsinin təmin edilməsi, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə qanunsuz gətirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirlir.

DSX-dən Avopa.info-ya verilən məlumata görə, hadisə 11 oktyabr tarixində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə saat 23:50 radələrində Beyləqan rayon 2-ci Şahsevən kəndi ərazisindəki zastavanın xidməti sahəsində sərhəd naryadı dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfəri aşkar edib.

Sərhədçilərin “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı ataraq geriyə İİR tərəfə qaçıb. Həmin əraziyə baxış zamanı 1 ədəd sarı rəngli kisənin içərisində 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib.

Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər