Son dəqiqə : Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi, əllər tətikdə

Son dəqiqə : Türk ordusunun Mənbic əməliyyatı başlayır – Bölgəyə 20 min əsgər gətirildi, əllər tətikdə

“Türkiyə Ordusu və Azad Suriya Ordusunun (ASO) 20 mindən çox əsgəri planlaşdırılan Mənbic əməliyyatı üçün hazırdır.”

Avropa.info xəbər verir ki, bu sözləri türk mətbuatına mətbuatına açıqlamasında Türkiyənin dəstəklədii müxalif ASO-nun Mənbic üzrə hərbi məclisinin sədri Adnan Əbu Faysal deyib. Əbu Faysal PKK terror təşkilatına qarşı savaşmağa hazır olduqlarını bildirib.

“Türk Ordusu ilə birgə Mənbicdən başlayaraq İraq sərhədinə kimi təmizlik əməliyyatı aparacayıq. PKK çox qorxur. Terrorçuların yeganə təminatı regionda olan ABŞ əsgərləri və zirehliləridir. ABŞ-ın orada qalması terrorizmə legitimlik qazandırır. Biz bütün hazırlıqlarımızı bu işğal və qarətə son qoymaq üçün edirik” – Adnan Əbu Faysal belə deyib.

Qeyd edək ki, iki gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qısa zaman ərzində Mənbic başda olmaqla Fəratın şərqində PKK/PYD terrorçularına qarşı əməliyyatın başlayacağını açıqlayıb.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər