“Badamdardakı sürüşmə zonasında xırda uçqunlar qeydə alınmaqdadır…” – Əziz Qaralov

“Badamdardakı sürüşmə zonasında xırda uçqunlar qeydə alınmaqdadır…” – Əziz Qaralov

“Badamdardakı sürşümə zonasında vəziyyət ağır-stabil olaraq davam etməkdədir”.

Bunu Avropa.info-ya açıqlamsında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, sürşümə ilə əlaqədar olaraq ETSN tərəfindən qərargah yaradılıb və qərargah 24 saat ərzində fəaliyyət göstərir.

Qərargahın əməkdaşları dünən axşam və bu gün səhər saatlarında uçqun ərazisində hasar divarlarında gips mayaklar qurublar.

“Biz sürüşə zonasındakı 11 fərdi evin 2-nin hasar divarında və çatlarda mayaklar qurmuşuq. Həmin mayaklar bu gün günorta saatlarında yoxlanacaq və ondan sonra vəziyyətlə bağlı aidiyyatı orqanlara məlumat veriləcək”- Əziz Qaralov bildirib.

Qaralov əlavə edib ki, sürşümə zonasında arada bir xırda uçqunlar qeydə alınmaqdadır: “Hazırda sürüşmə ərazisində aktiv sürüşmə və ya aralanma qeydə alınmasa da, vəziyyət gərgin olaraq qalmaqdadır. Mütəxəssislər prosesə nəzarət etməkdədirlər. Ərazidə növbəti monitorinq yaxın 1-2 saat ərzində aparılacaq”.

Qeyd edək ki, Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə baş verib və nəticədə 10-dan artıq fərdi yaşayış evinin hasar divarları uçub və çatlayıb. Sürüşmə kütləsini saxlamaq üçün 2013-cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləmiş, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülüb. Proses aktiv fazadadır.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər