“Bir müsəlman və bir ərəb olaraq Türkiyəyə təşəkkür edirəm…” – Tunisin eks-prezidenti Almaniyadan çağırış etdi

“Bir müsəlman və bir ərəb olaraq Türkiyəyə təşəkkür edirəm…” – Tunisin eks-prezidenti Almaniyadan çağırış etdi

“Bir ərəb olaraq Türkiyəyə müharibədən və diktaturadan qaçan 3 milyon suriyalıya torpaqlarını və qəlbini açdığı üçün təşəkkürümü ifadə etmək istəyirəm. Bir müsəlman kimi də hörmətə layiq olan bir müsəlman ölkə imici təqdim etdiyi üçün Türkiyəyə minnətdarlığımı bildirirəm.” 

Avropa.info xəbər verir ki, bu sözləri Tunisin keçmiş prezidenti Munsif əl Mərzuki Almaniyada keçirilən İslam Toplumu Milli Görüş toplantısındakı çıxışı zamanı deyib. Keçmiş prezident Tunisdə dəyişikliklə nəticələnən inqilaba görə Türkiyə prezidenti Ərdoğana təşəkkür edib.

“Bir tunisli olaraq, Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana Tunis inqilabına qardaşlıq köməyinə görə minnətdarlığımızı bir daha bildirmək istəyirəm. Mənim xüsusən məktəbli gənclərimizə məsləhətim budur ki, özlərini yaxşı tanısınlar. Yəni biz müsəlman bir fərd olaraq burada yaşayırıq. İslam və müsəlman kimliyi tərifini də öz Peyğəmbərlərindən, öz dinlərindən alsınlar.Beləliklə, İslamın radikalı, sağı, solu, ortası, coğrafiyası olmaz. Bu cür təriflərdən son dərəcə uzaq dursunlar” – Munsif əl Mərzuki  çıxışı zamanı belə deyib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər