“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı

“Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Təhsil Avtobusu-2018” yay məktəbi layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb.

Avropa.info xəbər verir ki, XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində keçirilmiş “Təhsil avtobusu – 2018” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimində Bakcell şirkəti layihənin uğurla həyata keçirilməsinə dəstək verdiyi üçün təşəkkürnamə ilə təltif olunub.

“Təhsil Avtobusu” Yay Məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. “Təhsil Avtobusu – 2018” Bakı şəhərindən yola düşərək Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edib. Ucqar kəndlərdə tikilən modul tipli məktəblər də daxil olmaqla 5 bölgənin 20 kənd, 17 şəhər məktəbindən ümumilikdə 140-a yaxın şagird peşəkar təlimçi və ekspertlər tərəfindən keçirilən  fərdi-inkişaf təlimləri və komanda-öyrədici intellektual yarışlarda iştirak edib.

Bakcell artıq ikinci ildir ki, “Təhsil Avtobusu” Yay Məktəbi layihəsinə dəstək göstərir.

Sosial məsuliyyətli şirkət olaraq, Bakcell uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər