Tovuzda çörək maşını aşıb, yaralılar var

Tovuzda çörək maşını aşıb, yaralılar var

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub.

“Report”un  məlumatına görə, hadisə zamanı üç nəfər ağır bədən xəsarətləri alıb.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan “VAZ-2107” markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir. Digər  yaralılar, Tovuz rayon sakinləri – 1990-cı il təvəllüdlü Seymur Nəriman oğlu Balakişiyev və 1991-ci il təvəllüdlü Vusal Vəli oğlu Quliyevin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


***17:41

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, çörək zavoduna məxsus “VAZ-2104” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Zərbənin gücündən çörək maşını aşıb.

Nəticədə hər iki avtomobilin sürücüsü və 1 nəfər sərnişin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan “VAZ-2107” markalı avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hər üç şəxsin kimliyi və qəzanın səbəbləri araşdırılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər