Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanılıb

Neftçalada avtomobili qəsdən yandıran şəxs saxlanılıb

Oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Avropa.info-ya verilən məlumata görə, faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.

RPŞ-də araşdırma aparılır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər