Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

XİN-dən Avropa.info-ya verilən məlumata görə, görüş “Şərq Tərəfdaşlığı” ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində baş tutub.

Tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər