Etimad Əsədov dəfn olundu – Fotolar (Yenilənib)

Etimad Əsədov dəfn olundu – Fotolar (Yenilənib)

Bu gün səhər saatlarında dünyasını dəyişən Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov Bakının Fatmayı qəbiristanlığında torpağa tapşırılıb.

Avropa.info-nun məlumatına görə, dəfn mərasimində Etimad Əsədovun döyüş yoldaşları, dostları, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov, Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu və digərləri iştirak edib.

E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

***

10:15

Bu gün səhər saatlarında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Ehtimad Əsədov vəfat edib.

Avropa.info “Qaziler.az”a istinadən xəbər verir ki, bu barədə mərhumun döyüşçü dostları məlumat paylaşıblar. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Etimad Savalan oğlu Əsədov 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1980-cı illərdə həmin kəndddə orta məktəbi bitirib.

1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri idi.

Ali təhsillidir. Ailəli idi.

Allah rəhmət eləsin…

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər