Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Türkiyəni tərk edib

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Türkiyəni tərk edib

Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu Məhəmməd İbrahim əl-Üteybi jurnalist Camal Qaşıqçının itkin düşməsi qalmaqalına görə ölkəsinə qayıdıb.

Diplomat Türkiyə vaxtı ilə saat 17:00-da Atatürk Hava Limanından “Saudia” aviaşirkətinə məxsus təyyarə ilə Ər-Riyada yola düşüb.

“Anadolu” agentliyinin məlumatına görə, jurnalistin itkin düşməsini araşdırmaq üçün Türkiyə ilə Səudiyyə Ərəbistanının yaratdığı müştərək istintaq qrupu baş konsulun iqamətgahında axtarış aparmalı idi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşı, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunun binasına daxil olduqdan sonra itkin düşüb.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər