Əziz Qaralov: “Bibiheybətdəki hadisə sürüşmə deyil” – Foto (Yenilənib)

Əziz Qaralov: “Bibiheybətdəki hadisə sürüşmə deyil” – Foto (Yenilənib)

Bibiheybət məscidinin yaxınlığında baş verən hadisə sürüşmə deyil.

Avropa.info xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçub:

“Əraziyə baxış keçirdim. Bibiheybətdən yuxarı hissəyə gedən yolda divar yerləşir. Həmin divarın üzlük daşı 3-4 metr uzunluqda qoparaq yola tökülüb. Başqa bir proses yoxdur”.

Əziz Qaralov qeyd edib ki, hazırda ərazidə bərpa işləri aparılır.

***

Bakıda divar uçub.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə 20-ci sahədən Bibiheybətə gedən yolda baş verib.

Bibiheybət məscidinin yaxınlığında yerləşən qəbiristanlığın istinad divarı uçaraq yola tökülüb.

Torpaq sahəsinin də bir hissəsi sürüşüb. Hazırda ərazidə bərpa işləri aparılır.

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTO

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTO

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTO

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTO

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər