Kaşıkçı olayında şok səs yazısı: Baş konsulun dedikləri ortaya çıxdı

Kaşıkçı olayında şok səs yazısı: Baş konsulun dedikləri ortaya çıxdı

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra yoxa çıxan jurnalist Camal Kaşıkçı olayı ilə bağlı səs yazıları ortaya çıxıb.

Avropa.info “Yeni şafak”a istinadən xəbər verir ki, səs yazılarında Səudiyyə Ərəbistanına qaçan baş konsul Məhəmməd Uteybinin də səsi qeydə alınıb.

Səs yazısında Baş konsulun binada olanlara cinayəti kənarda etmək təlimatı verdiyi məlum olur: “Mənim başımı dərdə soxacaqsınız”.

Ona isə cavabında deyirlər: “Yaşamaq istəyirsənsə sus!”.

Mətbu orqanının yazdığına görə, jurnalist vəhşicəsinə qətlə yetirilib.

“Əl-Cəzirə”nin yazdığına görə, Kaşıkçı baş konsulun otaqında işgəncə nəticəsində qətlə yetirilir və onun cəsədi 7 dəqiqə ərzində parçalara ayrılır.

“New York Tımes”ın yazdığına görə, Kaşıkçını 7 nəfər öldürüb.

Qəzet yazır ki, cinayəti törətmək üçün Türkiyəyə gələn 5 nəfərin şəxsiyyəti bəlli olub.

Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər