ABŞ kəşfiyyatının xarici ölkələrdə 119 məhkuma işgəncə verməsi haqda hesabat yayıldı : MKİ-nin qandonduran 10 işgəncə metodu (Fotolar 16+)

ABŞ kəşfiyyatının xarici ölkələrdə 119 məhkuma işgəncə verməsi haqda hesabat yayıldı : MKİ-nin qandonduran 10 işgəncə metodu (Fotolar 16+)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 11 sentyabr hadisəsindən sonra, xarici ölkələrdə Əl-Qaidə üzvü olmaqda ittiham etdiyi 100-lə müsəlman məhkuma verdiyi işgəncələr üzə çıxmaqdadır. 

Avropa.info xəbər verir ki, Senat MKİ-nin ittiham olunan şəxslərə ağlasığmaz işgəncələr verməsini əks etdirən yeni hesabat yayıb.

Hesabatda ABŞ-ın ölkə xaricində istintaq altında olan 119 nəfərə təcavüz də daxil olmaqla qeyri insani rəftar

göstərməsi  ortaya çıxıb.

Yayılan hesabatdan sonra Ağ Ev “utanırıq, amma demokratiyamızla fəxr edirik” açıqlaması verib. Corc Buş dövrünü əhatə edən 480 səhifəlik hesabatın ərəb dünyasında hiddətə yol açmasından narahatlıq yaradacağından ehtiyyatlanan ABŞ hökuməti səfirliklərində təhlükəsizlik tədbirlərini artırıb.

Hesabatda qan donduran etiraflar yer alıb. “Vaşinqton Post” qəzeti hesabatdakı ən qəddar 10 işgəncə metodunu açıqlayıb.

MKİ-nin heç bir günahı olmadan həbs etdiyi məhbuslardan biri Əbu Hudhaifa olub. Hudhaif buzlu duş və 66 saat yuxusuz qalma kimi işgəncələrə məruz qalıb. Bütün bu işgəncələrdən sonra, MKİ əməkdaşları Hudhaifanın axtardığı adam olmadığının fərqinə varıb.

MKİ qeydlərinə görə, dönəmin ABŞ prezident Buş istintaq zamanı işgəncə verilmiş bir şəxsin fotosunu gördükdən sonra, narahat olub. Həmin şəkildə işgəncə verilmiş bir məhbus tavana zincirlənmişdi və üzərində yalnız bir bez parçası vardı

MKİ ən azı 5 məhbus üzərində “rektal bəsləmə” və “rektal hidrasyon” işgəncə texnikalarından istifadə edib.

Məhbuslardan Məcid Xanın yeməyi püre halına gətirilərək rektal yollarla  “yeridirdilib”.

MKİ əməkdaşları ən az üç məhbusu, ailə üzvlərini öldürməklə təhdid edib. Bunlardan birini anasının boğazını kəsəcəkləri ilə təhdid ediblər.

MKİ-nin ilk məhbusu olan Əbu Zübeydə tabut böyüklüyündə bir qutunun içində 266 saat saxlanılıb.

Xalid Şeyx Məhəmmədə adlı məhbus 183 dəfə “Waterboarding” adı verilən su ilə boğma işgəncəsi tətbiq olunub.

Bu işgəncə zamanı nəfəs almağa çalışanda işkəncə verənlər tərəfindən dodaqları tutularaq ağzının içinə su boşaldılıb.

Nazar Əli adlı məhkuma duyğusal olaraq da işgəncə verilib. MKİ əməkdaşları məhkumun ağlayarkən lentə aldıqları səs yazılarını ailəsinə göndərirmiş.

MKİ əməkdaşları bəzi məhbuslara qarşı “klassik” işgəncə metodlarından da istifadə edib.

Hesabatda bəzi məhbusların qandallanaraq  72 saat boyunca ayaq üstə saxlanıldığı və üzərlərinə tez-tez soyuq su töküldüyü açıqlanır.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər