Heyvan əti almaq üçün yeni cəhd: Toyuq lələklərindən görün nə hazırlanır?

Heyvan əti almaq üçün yeni cəhd: Toyuq lələklərindən görün nə hazırlanır?

“Dünyada ət yemək iştahı tükənmək bilmir və insanların ətə olan marağı azalmır. Bu səbəbdən təcili olaraq alternativlər axtarmaq lazımdır. Amerikalı qida şirkəti canlı heyvanlardan qeyri-adi bir şəkildə ət hazırlamaq metodunu tapıb”.

Avropa.info xəbər verir ki, bu barədə “Stern” nəşri məlumat yayıb.

Nəşr BBC-yə istinadən yazır ki, San-Fransiskoda toyuq lələklərindən alınan hüceyrələrdən ət yetişdirən bir üsul hazırlanıb. Bu qidanın hazırlanması təxminən iki gün davam edir.

Bu cür qida hazrılayan şirkətin rəhbəri Josh Tetrik deyib ki, ət məhsulu pərakəndə satış üçün nəzərdə tutulmur, ilin sonuna qədər bu ət bəzi restoranlarda təqdim ediləcək.

Nəşr qeyd edir ki, bir neçə il bundan əvvəl sahibkarlar yalnız bitki tərkibli maddələrdən ibarət mayonez yaratmışdı.

“Heyvan hüceyrələrindən çıxarılan ət sayəsində Tetrik və onun həmkarları heyvanların təsərrüfat baxımından bəslənməsinə son vermək və ətraf mühitin təsirindən qorunmaq istəyirlər”, – nəşr yazır.

Almaniyanın Federal Statistika İdarəsinin məlumatına görə, ötən onilliklər ərzində dünyada ət istehlakı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 1990-cı ildən 2013-cü ilə qədər hər nəfərə düşən ətin miqdarı 10 kq artırılıb və 43 kq təşkil edib.

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər