Ermənistanda Ukrayna ssenarisi: Paşinyan üçün bircə yol qaldı – Bizim şərh

Ermənistanda Ukrayna ssenarisi: Paşinyan üçün bircə yol qaldı – Bizim şərh

Xəbər verdiyimiz kimi, dekabrda Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Paşinyan növbəti dəfə qələbə qazanarsa və artıq parlamenti də nəzarətə götürərsə, İrəvan Qarabağ danışıqlarında mövqeyini dəyişə bilərmi?

Vurğulayaq ki, Qarabağ münaqişəsi üzrə danışıqları aparan vasitəçilər Bakı və İrəvandan beş rayonun azad olmasının əvəzində Dağlıq Qarabağa aralıq statusun tanınması tələb edirdi. Azərbaycan bununla razılaşmırdı. Amma ATƏT-in Minsk Qrupu həmsədrlərinin son təkliflərində 5 rayonun azad olmasından sonra Ermənistanın blokadadan çıxarılması nəzərdə tutulur. Əgər danışıqlar bu istiqamətdə davam edərsə, həmin 5 rayonun – Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan müharibəsiz azad olunması şansı yarana bilər. Lakin Paşinyan bu təkliflərə qarşı çıxır.

Ümumiyyətlə, xarici siyasət kursunda Paşiyan qeyri-ardıcıl siyasi xətt yürüdür. Onun mərhələli həll variantından imtina etməsi, sadəcə, növbədən kənar parlament seçkilərinə qədər vaxt udmaq niyyətidir. Paşinyan anlayır ki, yeni parlament seçkilərinə qədər hər hansı güzəşt addımı atsa, bu, onun siyasi karyerasının sonu anlamına gələ bilər. Məhz bu səbəbə Paşinyan savaş baltasını havaya qaldırır, lakin savaşa başlayarsa, ilk növbədə özünün kəlləsinin gedəcəyini də dərk edir.

Burada bir nüansa diqqət yetirmək lazım gəlir. Nikol Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlər Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olmadığını daha aydın formada üzə çıxarır. İrəvan avrointeqrasiya xəttini seçmək istəyir, lakin əsassız torpaq iddialarının girovuna çevrilir. Paşinyanın bir yolu qalır – Kremlin qarşısında diz çökmək. Belə ki, Moskva artıq 100 ildən çoxdur ki, ermənilərə havadarlıq edir. Coğrafi olaraq yanlış yerdə “Ermənistan” adlanan qondarma dövlətin qurulması da rusların səyi nəticəsində reallaşıb. Beynəlxalq təşkilatlar Ermənustanda baş verən insan haqlarının kütləvi və kobud surətdə pozulmasını demokratik hal kimi qiymətləndirdilər. Məsələn, Ermənistanın millətçi ideyalarla idarə olunduğunu yüz minlərlə soydaşımızın öz tarixi yurdlarından deportasiya edilməsi faktı da göstərir.

Bu gün N.Paşinyan özü etiraf edir ki, Ermənistanda erməni siyasətçiləri ilə yanaşı, Qərbin və Rusiyanın ekspertləri, siyasi liderləri, insan haqlarından və demokratiyadan dəm vuran kəsimləri də cinayət törədiblər. Çünki onlar həqiqəti bilə-bilə gizlədiblər. Paşinyanın sözlərinə görə, adıçəkilən qürumlar günahsız ermənilərin qanının tökülməsinə göz yumublar. Bu bəyanatlara görə Kreml Paşinyanı sıxışdırır. Ermənistan Rusiyadan o dərəcədə asılıdır ki, Kremlin sevmədiyi bir siyasi liderin uzun müddət orada hakimiyyətdə qalması imkansızdır. Paşinyan ölkəsini poliqona çevirməklə yanaşı, vətəndaş savaşına doğru sürükləyir.

Artıq tam təcrid vəziyyətində olan Ermənistanın mövcud reallığı dəyişdirə bilmək gücündə olmadığı hamıya məlumdur. İrəvanın nəinki hücum əməliyyatı aparmaq, Qarabağda status-kvonu saxlamaq şansı belə yoxdur.

Erməni təhlilçiləri özləri də etiraf edirlər ki, Rusiya Ermənistanda Ukrayna ssenarisini təkrarlaya bilər. Əgər İrəvan müstəqil xarici siyasət aparmaq xəyalına düşərsə, Azərbaycan Dağlıq Qarabağı işğaldan azad edə bilər və Rusiyanın proseslərə qarışmaması ilə Bakı qələbə qazana bilər.Digər tərəfdən, Moskva Ermənistana verdiyi qazı kəsə, yaxud qiymətini istədiyi qədər artırarsa, Paşinyanın Putin qarşısında ağ bayraq qalıdrmaqdan başqa şansı qalmayacaq.

İrəvan Birləşmiş Ştatlara da arxalana bilməz.

Azərbaycandan fərqli olaraq, Ermənistanın İranla bağlı manevr imkanı yoxdur. İrəvan iqtsadi baxımdan asılı olduğu İrana və Rusiyaya qarşı addım atarsa, bu zaman Ermənistan bir dövlət kimi yox ola bilər…

Avropa.info-nun ekspert qrupu

 

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər