Azərbaycanlı deputat MDB PA-nın toplantısında

Azərbaycanlı deputat MDB PA-nın toplantısında

Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-Büdcə komissiyasının Sankt-Peterburq şəhərində keçirilən iclasında iştirak edir.

Bu barədə Avropa.info-ya deputatın özü məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 18-19-da Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Nəzarət-Büdcə komissiyasının iclası keçirilir.

İclasda Assambleyanın fəaliyyətinin maliyyələşdirilməsi, üzvlük haqlarının formalaşdırılması, eyni zamanda, istifadəsi mexanizminin təkmilləşdirilməsi və s.məsələlər müzakirə olunur.

Mürtəza
Avropa.info

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər