Polşada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradıldı – Foto

  • Digər
  • 18 Oktyabr, 2018 [16:35]
Polşada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradıldı – Foto
Polşada Azərbaycanlı Gənclər Şurası tərəfindən Polşada yaşayan və yeni gələn həmyerlilərimiz üçün qaynar xətt yaradılıb.
Bu barədə Avropa.info-ya Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməd məlumat verib.
Nail Əhməd bildirib ki, qaynar xətt Azərbaycan, rus, ingilis, türk və polyak dillərində soydaşlarımızın xidmətində olacaq: “Və burada məqsəd həmyerlilərimizin sosial problemlərinə dəstək olmaqdır. Cünki biz tez-tez həmyerlilərimizin oturum izni, eyni zamanda hüquq-mühafizə orqanları ilə problemlərinin olduğunu nəzərə alaraq belə bir addım atmağa qərara gəldik. Əgər bu addım istədiyimiz effekti verərsə, növbəti ildən vətəndaşlarımız üçün ödənişsiz hüquq məsləhətxanası açmağı düşünürük”.
Qaynar xətdə əsasən hüquqi yardımla bağlı daxil olan zənglərin operator tərəfindən cavablandırılması nəzərdə tutulur.
Qaynar xətt +48 576 164 876 nömrəsində işləyərək, zəngləri operativ cavablandıracaq.
Elnur Eltürk

Manşet xəbərləri

Son xəbərlər

Bizim seçim

Videoxəbər

Fotoxəbər